"Hek Agro Solutions" şirkətinin Azərbaycandakı nümayəndəliyinin ("Hek Agro Solutions" MMC) 920 min 804 manat vergi borcu yaranıb.
Plat.az bu barədə Dövlət Vergi Xidmətindən məlumat əldə edib.
Qeyd edək ki, "Hek Agro" 1987-ci ildə təsis edilib və beynəlxalq şirkətlərin pestisidlər və hibrid tərəvəz toxumları üzrə Çukurova distribyutoru kimi sektora daxil olub. 2003-cü ildən etibarən şirkət Amerikanın kənd təsərrüfatı sektorunda lider 7 şirkətin Türkiyə, Cənubi Avropa və Şimali Afrika distribüterliyini həyata keçirir. Məişət texnikası
Şirkətin Mərkəzi Asiya və Azərbaycan üzrə nümayəndəsi Hasan Tuncdur. Nümayəndəliyin nizamnamə kapitalı 5 min manatdır.
Telegram kanalımız