FIFA prezidentindən “Sabah” – “Qarabağ” oyunu barədə paylaşım -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

FIFA prezidentindən “Sabah” – “Qarabağ” oyunu barədə paylaşım - VİDEO

İdman

26 Oktyabr 2026 08:54 109


FIFA prezidenti Canni İnfantino Misli Premyer Liqasının 9-cu turunda keçirilən “Sabah” – “Qarabağ” oyunu (0:0) ilə bağlı paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, o, şəxsi "Instagram" hesabında Bakıdakı qarşılaşmadan məmnunluğunu ifadə edib:

“Bu gün Bakıda Azərbaycan futbolunun necə gözəl nümayişinin şahidi olduq! “Sabah” və “Qarabağ” gərgin mübarizə şəraitində keçən oyunda xalları bölüşdülər. Dominos pizza

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FİFA Şurasının üzvü və Cibuti Futbol Federasiyasının prezidenti Süleyman Həsən Vaberi, FİFA Şurasının üzvləri Yohanna Vud və Rodolfo Vilyalobos, həmçinin “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və digər şəxslərlə birlikdə olmaqdan məmnun oldum.

Belə möhtəşəm atmosfer yaratdıqlarına görə hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm. Bu, futbolun insanları necə birləşdirdiyini və sevinc bəxş etdiyini bir daha sübut etdi”.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!