Köçəryanın işi ilə bağlı   YENİ XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Köçəryanın işi ilə bağlı YENİ XƏBƏR

Dünya

25 Avqust 2026 22:31 226


Ermənistanın Antikorrupsiya Məhkəməsinə sabiq prezident, "Ermənistan" blokunun lideri Robert Köçəryan da daxil olmaqla, altı nəfər barəsində həbs qətimkan tədbirinin tətbiqi barədə vəsatətlər verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə respublikanın Antikorrupsiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Antikorrupsiya Komitəsində xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət alma faktları üzrə həyata keçirilən cinayət icraatı çərçivəsində, bu gün saxlanılan altı nəfər, o cümlədən sabiq prezidentin oğlu, eləcə də 1999-2009-cu illərdə hökumət bağları təsərrüfatının direktoru olmuş A.V. və onun ailə üzvləri barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə Antikorrupsiya Məhkəməsinə vəsatətlər təqdim edilib, saxlanılan sabiq prezident R.K. isə lazımi tibbi müayinələrdən keçdikdən sonra məhkəməyə gətiriləcək", - bəyanatda bildirilib. Toyuqlu pizza

Daha əvvəl Antikorrupsiya Komitəsi məlumat verib ki, cinayət icraatı çərçivəsində altı nəfər, o cümlədən Robert Köçəryan, onun oğlu və digər şəxslər saxlanılıblar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!