“Koronavirus testi vermişəm, 5 gündür cavab ala bilmirəm“

saytların hazırlanması

Evə çatdırılma

“Koronavirus testi vermişəm, 5 gündür cavab ala bilmirəm“

Sosial

01 Sentyabr 2021 15:09 1533


Son zamanlar koronavirus testi verən şəxslər arasında şikayətlər çoxalıb. Səbəb isə testin cavabının bir həftəyə, hətta ondan daha gec çıxmasıdır.

Maraqlıdır ki, bir neçə ay bundan əvvələ qədər 2 günə cavab verilirdisə, indi niyə 1 həftəyə elan edilir?

Məsələ ilə bağlı bu gün Yenisabah.az-a daha bir şikayət daxil olub. pizza

Adının çəkilməsini istəməyən şikayətçi Səbail rayonunda yaşayır və orada yerləşən 33 saylı poliklinikada 5 gün əvvəl virus testi verib. Amma bu günə kimi testin cavabını ala bilmir:

“Səhhətimdə müəyyən problemlər hiss etdiyim üçün avqustun 27-i virus testi verdim. Dedilər ki, iki gün müddətində yoxlanılacaq və cavab sizin telefonunuza göndəriləcək. Lakin artıq 5 gün olacaq ki, heç bir xəbər yoxdur. Səhhətimin normallaşmasına baxmayaraq testin cavabını bilmək istəyirəm ki, rahat hərəkət edə bilim. İki gündür poliklinikaya zəng vururam, lakin heç bir məlumat olmadığını deyirlər".

33 saylı poliklinikadan saytımıza bildirdilər ki, testin cavabının gecikməsində təəccüblü heç nə yoxdur: "Yoluxma sayı artdığı üçün testlərin cavabı bir həftə ərzində, bəlkə ondan da gec çıxa bilər. Bir az gözləmək lazımdır".

Qeyd edək ki, hazırda testlərlə bağlı şikayət edən şəxslər həddən artıq çoxdur.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!