Bu gün Brüsseldə “Global Gateway” beynəlxalq forumu keçirilir. Açılışda çıxış etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan dəvət olunub.
Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
O xatırladıb ki, bu, Aİ-ni Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ilə birləşdirməyə hesablanmış böyük layihədir. pizza sifarişi
Kostanyan əlavə edib ki, Ermənistan Respublikası dinc və sabit region qurmaq imkanı əldə edib və bu prosesə başlayıb:
"Regionda amerikalı həmkarlarımızla birlikdə kommunikasiyaların açılması imkanı əldə etmişik. Hazırda müzakirələr gedir, nəticələri bildirəcəyik".
Telegram kanalımız