Kreml Zelenskinin təklifinə cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Kreml Zelenskinin təklifinə cavab verdi

Dünya

13 Dekabr 2022 16:17 925


"2022-ci ilin sonuna kimi Rusiya qoşunlarını xüsusi əməliyyatlar zonasından çıxarmaq mümkün deyil".

Yenisabah.az Gazeta.ru-ya istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın qoşunları “xüsusi hərbi əməliyyatlar” zonasından çıxarmaq təklifinə cavab verib. pizza

“Bundan söhbət gedə bilməz”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl prezident Volodimir Zelenski G7 ölkələri liderlərinə müraciətində Rusiyanı Milad bayramına qədər qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb. 

Ukrayna dövlət başçısı deyib ki, o, Rusiya tərəfinə qarşıdan gələn bayramlar, Yeni il və Milad bayramları ilə əlaqədar diplomatik həll istiqamətində konkret mənalı addım atmağı təklif edir.

 

Zelenski vurğulayıb ki, qoşunların çıxarılması döyüş əməliyyatlarının dayandırılmasını təmin edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!