Küçədə bunu etmək QADAĞANDIR -   Əhalinin diqqətinə!

saytların hazırlanması

Evə çatdırılma

Küçədə bunu etmək QADAĞANDIR - Əhalinin diqqətinə!

Sosial

09 Sentyabr 2026 15:40 109


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvandarlıq sahəsində fəaliyyət göstərən fermer və sahibkarlara müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, Agentlik ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, heyvan mənşəli məhsulların izlənilmə sisteminin qurulması və əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirlərini genişləndirir.

AQTA bildirir ki, ölkə ərazisində mövcud olan bütün heyvanların identifikasiya olunması qida zəncirində şəffaflığın, heyvan xəstəliklərinə qarşı effektiv mübarizənin və məhsulların izlənilməsinin təmin edilməsi baxımından mühüm şərtdir. pizza hut

Agentlik fermer və heyvandarlıqla məşğul olan sahibkarları bu prosesə məsuliyyətlə yanaşmağa çağırıb. Qeyd olunub ki, heyvanların identifikasiyası epizootik sabitliyin qorunmasına, xəstəliklərin vaxtında qarşısının alınmasına və istehlaka təqdim olunan heyvan mənşəli məhsulların mənşəyinin müəyyən edilməsinə imkan verir.

AQTA həmçinin heyvanların kəsiminin yalnız qanunvericiliyin tələblərinə cavab verən, müvafiq sanitar-gigiyenik şəraitə, soyutma sistemlərinə və baytarlıq nəzarətinə malik kəsim məntəqələrində aparılmasının vacibliyini vurğulayıb.

Agentlik küçələrdə, yol kənarlarında, antisanitar və müvafiq icazəsi olmayan yerlərdə heyvan kəsiminin yolverilməz olduğunu bildirib.

Bununla yanaşı, heyvan kəsimi məntəqələri olmayan regionlarda baytarlıq nəzarətində olan yeni kəsim məntəqələrinin yaradılması prioritet istiqamət kimi göstərilib.

Qurum bu məqsədlə yerli icra nümayəndələrini və sahibkarları əməkdaşlığa çağırıb. Bildirilib ki, bölgələrdə müasir kəsim məntəqələrinin yaradılması və yerli icra orqanları tərəfindən zəruri təşkilati və infrastruktur dəstəyinin göstərilməsi qanunsuz kəsim hallarının qarşısının alınmasına kömək edəcək.

Agentlik qida zəncirində iştirak edən bütün tərəfləri qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə və həyata keçirilən islahatlara dəstək verməyə çağırıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsində baytarlıq və baytarlıq-sanitariya qaydalarının pozulmasına görə fiziki şəxslər üçün 200–300 manat, vəzifəli şəxslər üçün 500–600 manat, hüquqi şəxslər üçün isə 1500–2000 manat cərimə nəzərdə tutulur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!