Bəşir Süleymanlıya hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Bəşir Süleymanlıya hökm oxundu

Kriminal

19 Noyabr 2026 17:06 51


"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlının barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Yeni Sabah" oxu.az-a istinadla xəbər verir ki, o, 1 il vəzifə tutmaqdan məhrum etməklə 7 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Bəşir Süleymanlı ABŞ-nin German Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr keçirmək adı ilə ayrılan ümumilikdə 148 min manatdan artıq vəsaiti - qrantı mənimsəyib. O bu əməli törədərkən Mehriban Rəhimli (ABŞ-nin German Marşal Fondunun Azərbaycan üzrə məsləhətçisi - red.) və digərləri ilə cinayət əlaqəsinə girərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib və alınmış qrantlar barədə müvafiq nazirliklərə məlumat verməyib. Sərfəli qiymətə məhsullar

QHT sədri elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

B.Süleymanlı bu ilin martında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!