Kürdəmirdə BƏDBƏXT HADİSƏ: Çobanı ildırım vurdu

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə BƏDBƏXT HADİSƏ: Çobanı ildırım vurdu

Hadisə

30 Sentyabr 2026 01:20 70


Kürdəmir rayonunun Şıxımlı kəndində bədbəxt hadisə baş verib.

"Yeni Sabah" Baku TV-yə istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da kənd ərazisində qeydə alınıb. Ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Zahir Vahid oğlu Hacalıyevi ildırım vurub.

Hadisə nəticəsində Zahir Hacalıyev həyatını itirib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, mərhumun meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib. Dördpendirli pizza

Şıxımlı kənd sakini Baba Cəlalov bildirib ki, axşam saatlarında heyvanların sahədən geri qayıtdığını görüblər. Lakin çobanın, atın və itin olmadığını müəyyən etdikdən sonra ərazidə axtarış aparıblar. Nəticədə çobanın və iki qoyunun ildırım vurması nəticəsində öldüyünü görüblər.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!