Kvaratsxeliyanın transfer qiyməti kəskin artdı

saytların hazırlanması

Evə çatdırılma

Kvaratsxeliyanın transfer qiyməti kəskin artdı

İdman

02 İyun 2026 18:40 680


PSJ-nin gürcü ulduzu Xviça Kvaratsxeliyanın transfer qiyməti xeyli artıb.

“Yeni Sabah” xəbər verir ki, “Transfermarkt” göstəricilərinə əsasən, 25 yaşlı vinqerin dəyəri nə az nə çox, 50 milyon avro yüksəlib. Futbolçunun dəyəri hazırda 140 milyon avrodur.

Kvaratsxeliyanın bonservisində özünü göstərən fantastik artımın səbəbi isə komandası ilə Çempionlar Liqasını qazanmasıdır. Final görüşündə “Arsenal”ı penaltilər seriyasında məğlub edən parislilərin bərabərlik qolunu vurduğu penaltini qazandıran da məhz Xviça olub. Dominos pizza

Qeyd edək ki, ulduz futbolçu cari mövsüm komandasının heyətində bütün turnirlərdə çıxdığı 48 oyunda 18 qol və 10 assistlə yadda qalıb. Kvaratsxeliya “Ballondor”un əsas namizədlərindən biridir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!