Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü

Hadisə

23 May 2026 16:10 158


Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində baş verib.

Nicat Soltanzadənin idarə etdiyi "KİA Sorento" markalı nəqliyyat vasitəsi, Şağlaküçə kənd sakini 1965-ci il təvəllüdlü Xəzər Şükürovu vurub. Bundan sonra maşın yol kənarında hərəkətsiz dayanan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb, “VAZ” yoldan çıxaraq dirəyə dəyib. Sezar pizza

Qəza nəticəsində piyada və sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

Xəsarət alan piyadanı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!