Leysan yağacaq, şimşək çaxacaq   - Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Sosial

02 İyun 2023 09:41 931


Faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, iyunun 2-si saat 09:00-a olan məlumatına əsasən iyunun 1-də gün ərzində yağan yağış gecəyə doğru tədricən kəsilib.

Hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur. Cənub-şərq küləyi əsir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Aran rayonlarında 24-26 dərəcə isti qeydə alınıb. pizza

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 2-də günün birinci yarısında ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir.

“Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur”.

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!