Maaşı gecikənlərə əlavə pul ödəniləcək - Video

saytların hazırlanması

Evə çatdırılma

Maaşı gecikənlərə əlavə pul ödəniləcək - Video

Sosial

21 May 2023 13:04 911


Maaşın gec ödənməsi halı çoxlarının qarşılaşdığı problemdir.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, əksər hallarda özəl şirkətlər işçilərinə maaşı əmək müqaviləsində təyin olunan vaxtdan 3-5 gün, bəzi hallarda isə daha gec ödəyirlər.

Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, bu hallarda qanunda gecikdirilən hər gün üçün maaşın 1 faizi həcmində işçiyə pul ödənməsi tələbi öncədən mövcud idi. Sezar pizza

Konstitutsiya məhkəməsinin yeni qərarına əsasən, artıq işəgötürənlə işçi arasında fərdi əmək mübahisəsi maaşın gecikdirilməsinə səbəb olduqda da işçiyə əlavə kompensasiya ödənməlidir.

Məsələ ilə bağlı “Xəzər Xəbər”ə danışan hüquqşünas Ayazbəy Əhmədov bildirir ki, yeni qərar işçilərin hüquqlarının müdafiəsini daha da gücləndirir.

Yəni əgər işəgötürənlə-işçi arasında fərdi əmək mübahisəsi səbəbindən onun 1000 manat olan maaşı 10 gün gecikirsə, işəgötürən buna görə də əlavə 100 manat həcmində vəsait ödəməlidir. Bundan başqa işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində həmin əlavə ödənişin verilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu kimi hallarda işəgötürən əlavə olaraq Əmək Müfəttişliyi Xidməti tərəfindən də cərimələnə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!