Maaşlar gələn il artırılacaq 

saytların hazırlanması

Evə çatdırılma

Maaşlar gələn il artırılacaq 

Sosial

01 Noyabr 2022 16:02 1115


2023-cü ilin dövlət büdcəsində əməkhaqqı, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ayırmalarla (22%) bağlı xərclər bərabər olmaqla 8,6% artımla proqnozlaşdırılmış, növbəti ildə orta aylıq əməkhaqqının artımı 7,1% səviyyəsində nəzərdə tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə qeyd olunub.

Sənəddə göstərilib ki, cari ilin gözlənilən icrası ilə müqayisədə 2023-cü ildə büdcə təşkilatları (22%) üzrə proqnozlaşdırılan sığorta haqqının artım tempi isə 5,2%-dir. Dominos pizza

Bildirilib ki, statistik məlumatlara əsasən cari ilin avqust ayında orta aylıq əməkhaqqının 829 manat səviyyəsində olması və bu göstəricinin müsbət dinamikliyi fonunda cari ilin sonuna gözlənilən orta aylıq pensiya məbləğlərində artımların gözlənilməsi cari ilə dair xüsusi çəki göstəricisinin müəyyən edilmiş səviyyədən aşağı həddə olacağını şərtləndirir.

“Növbəti ildə bu göstəricidə əsaslı artımların müşahidə edilməsi cari il üzrə orta aylıq nominal əməkhaqqında baş vermiş artımlara müvafiq olaraq növbəti ilin əvvəlində aparılacaq indeksləşdirmə ilə bağlı olması qənaətindəyik”, - rəydə qeyd edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!