Maaşlarla bağlı sevindirici xəbər - Nazir müavini AÇIQLADI

Maaşlarla bağlı sevindirici xəbər - Nazir müavini AÇIQLADI

Sosial Veb saytların hazırlanması

04 İyun 2023 12:39 84696


"2018-ci ildə leqal əmək haqqı fondu 8 milyard manat idisə, hazırda bu rəqəm 18 milyard manata yaxındır". 

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən İnsan Resursları və İdarəetmə Forumunda deyib.

O əlavə edib ki, bu il orta aylıq əmək haqqının 1000 manata yaxınlaşacağını proqnozlaşdırırıq:

“Bizim əsas hədəflərimiz şəxsin əmək bazarına daxil olarkən onun bilik, bacarıq və kvalifikasiyalara sahib olmasıdır. Proqnozlar göstərir ki, peşə təhsili olanların növbəti dövrlərdə uğurlu karyera qurma imkanları ixtisaslı şəxslərə münasibətdə daha yüksəkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!