“Kayzerslautern” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli komandadan ayrılmağı düşünür.
"Yeni Sabah" xəbər verir ki, o, Malta ilə yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırarkən bu haqda danışıb.
2-ci bundesliqanın son oyunlarında iştirak ərizəsinə daxil edilməyən futbolçu bildirib: Sezar pizza
"Təbii ki, belə davam etsə, qalmaq barədə düşünməyəcəm. Onsuz da bu addım ilk olaraq məndən gəlməyib. Məşqçi nədənsə çıxıb belə bir açıqlama vermişdi. Bu oyunlar da o baxımdan önəmlidir ki, həm fiziki formam yerində qalsın, həm də digər klublar oyunumu görsünlər. Bununla bağlı menecerlərim məşğul olurlar. Reallıq odur ki, klubla 2 illik müqaviləm var. Açıq şəkildə gedəcəyimi, yaxud da qalacağımı demək çətindir".
Telegram kanalımız