Mahir Emreli qələbəni belə qeyd etdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli qələbəni belə qeyd etdi - VİDEO

İdman

12 Sentyabr 2026 13:16 130


Polşanın Ekstraklasa liqasında mübarizə aparan "Rakov" doğma azarkeşləri önündə "Motor"u 2:1 hesabı ilə məğlub edərək vacib üç xalı aktivinə yazdırıb. Milli komandamızın hücumçusu Mahir Emrelinin də ilk 11-likdə yer aldığı və oyunda aktivliyi ilə seçildiyi gərgin matçdan sonra komandanın paltardəyişmə otağında əsl bayram əhval-ruhiyyəsi yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, qarşılaşmada hesabı qonaqlar açsa da, "Rakov" Patrik Makuxun dublu sayəsində geridönüş edərək qələbəni təmin edib. Hücum xəttində effektli təsir bağışlayan və rəqib qapısı önündə təhlükəli anlar yaradan Mahir Emreli oyun bitdikdən sonra komanda yoldaşları ilə birlikdə bu uğuru coşqu ilə qeyd edib.

Paltardəyişmə otağında çəkilən kadrlar sosial şəbəkələrdə geniş maraq doğurub. Videoda azərbaycanlı hücumçunun komandanın qələbə mahnılarına şövqlə qoşulduğu, qələbə sevincini komanda yoldaşları ilə bölüşdüyü görünür. Dominos pizza

Nazim Hacıyev

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!