Mahir Emrelinin evinə hücum - 60 min manatlıq oğurluq oldu

Mahir Emrelinin evinə hücum -
Sent 11, 2019 15:19
Oxunma sayı: 86

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Yenisabah.az