"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş komandada qalmaqla bağlı rəhbərliyin göndərdiyi ikinci müqavilə təklifini də rədd edib.
“Yeni Sabah” xəbər verir ki, 32 yaşlı portuqaliyalı yarımmüdafiəçi yayda irəli sürülən ilk təklifi mənfi cavablandırdıqdan sonra klub rəhbərliyi şərtləri yaxşılaşdırılmış yeni müqavilə paketi hazırlayıb.
Buna baxmayaraq, Fernandeş təklif olunan müqavilənin müddəti və maliyyə şərtləri ilə bağlı tərəddüdlərini qoruyub və razılıq verməyib. Məişət texnikası
Futbolçunun "qırmızı şeytanlar"la hazırkı sözləşməsi 2027-ci ilin iyun ayında başa çatır. Klubun müqaviləni birtərəfli qaydada daha bir il uzatmaq opsiyası olsa da, rəhbərlik kapitanla uzunmüddətli yeni razılaşma əldə etmək üçün danışıqları davam etdirmək niyyətindədir.
Nazim Hacıyev
Telegram kanalımız