Bu şəxslər 6 min manat cərimə olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər 6 min manat cərimə olunacaq

Sosial

13 Noyabr 2026 09:52 182


Mağazada istifadə müddəti bitmiş məhsul satan və ya alıcıları malın çəkisi, ölçüsü, qiymət hesabı və keyfiyyəti ilə bağlı aldadan şəxslər minlərlə manat cərimələnə bilər.

“Yeni Sabah” Trend-ə istinadla xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Belə ki, saxlama müddəti ötmüş məhsulların satışına, eləcə də istehlakçıların malın və ya xidmətin ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manatadək cərimə edilirlər. Bakıda online alış-veriş

İstehlakçının aldadılması ilə bağlı bu cərimə həmin əməlin vurduğu ziyanın 5 000 manatdan çox olmadığı hallara aiddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!