Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
“Yeni Sabah” xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun istehsalı real ifadədə 0,7 faiz azalıb.
Hesabat dövründə emal sənayesində isə 18 milyard 995,1 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz artım deməkdir. İnternet mağaza
Emal sənayesində ən yüksək artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında qeydə alınıb. Bu sahədə istehsal 77,2 faiz artıb. Toxuculuq sənayesində 50,9 faiz, əczaçılıq məhsullarının istehsalında 47,4 faiz, tütün məmulatlarının istehsalında 15,1 faiz, kağız və karton istehsalında 14,6 faiz artım olub.
Bundan başqa, elektrik avadanlıqlarının istehsalı 9,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,6 faiz, metallurgiya sənayesi 6,4 faiz, qida məhsullarının istehsalı 5,4 faiz, tikinti materiallarının istehsalı isə 4,5 faiz artıb.
Aytac Əliyeva
Telegram kanalımız