ABŞ-də ata 11 aylıq körpəsini it qəfəsinə qoyub diri-diri basdırdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də ata 11 aylıq körpəsini it qəfəsinə qoyub diri-diri basdırdı

Maraqlı

13 Noyabr 2026 10:08 47


ABŞ-də ata 11 aylıq körpə oğlu Koah Şarpı it qəfəsinə qoyaraq torpağa basdırıb.

“Yeni Sabah” xəbər verir ki, Cənubi Karolina ştatında 25 yaşlı Maykl Komerin törətdiyi hadisədən sonra itkin düşən körpənin axtarışına 100-ə yaxın şəxsdən ibarət qrup cəlb olunub.

Axtarışlar zamanı meşəlik ərazidə torpağın altından körpənin ağlama səsi eşidilib. Təxminən 24 saat torpaq altında qalan uşaq it qəfəsindən sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. Məişət texnikası

İlkin ehtimallara görə, hadisə kişinin uşağın anası ilə problemləri və qısqanclıq zəminində baş verib.

Maykl Komer qətlə cəhd ittihamı ilə saxlanılıb. Xəstəxanaya çatdırılan 11 aylıq Koahın hazırda müalicəsi devam edir və səhhətinin yaxşılaşdığı bildirilir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!