Mansur Yavaş CHP-dən istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Mansur Yavaş CHP-dən istefa verdi

Siyasət

23 Sentyabr 2026 15:35 96


Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini bəyan edib.

“Yeni Sabah” xəbər verir ki, siyasətçi sosial şəbəkə hesabından verdiyi rəsmi açıqlamada qərarını ehtirasla deyil, uzunmüddətli mühakimələr nəticəsində aldığını vurğulayıb:

"Daha əvvəl də partiya daxilində şəxsimlə və ya izlədiyim mövqe ilə bağlı narahatlıq yaranarsa, lazımi addımı atacağımı bildirmişdim. CHP üzvlüyümdən ayrılır, siyasi yoluma müstəqil olaraq davam etdiyimi ictimaiyyətin diqqətinə çatdırıram. Mənim üçün bələdiyyə sədrliyi siyasi karyera pilləsi deyil, xalqın əmanətidir. Vəzifələr müvəqqətidir, lakin xalqın etimadına sədaqət dəyişməz qalmalıdır". pizza

Yavaşın bu qərarı Türkiyə siyasi gündəmində və CHP daxilində böyük əks-səda doğurub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!