Maradonanın həkimlərinə 12 il həbs

saytların hazırlanması

Evə çatdırılma

Maradonanın həkimlərinə 12 il həbs

İdman

09 Oktyabr 2026 11:28 56


Diyeqo Maradonanın müəmmalı ölümü ilə bağlı keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər üçün ağır cəzalar istənilib.

“Yeni Sabah” xəbər verir ki, məhkəmə iclasında çıxış edən prokurorlar onun müalicəsinə cavabdeh olan 7 nəfərlik tibbi heyət üçün 4 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasına istrar ediblər.

Həkimlər və tibb işçiləri əfsanəvi futbolçunun ölümünə şərait yaradan ciddi səhlənkarlıqda, lazımi tibbi yardımı vaxtında göstərməməkdə və vəzifə borclarına laqeyd yanaşmaqda ittiham olunurlar. Pepperoni pizza

Xatırladaq ki, Diyeqo Maradona 2020-ci ilin noyabrında infarkt keçirərək vəfat edib. Onun ölümündən kənar müdaxilə və tibbi səhlənkarlıq şübhələri ilə bağlı araşdırmalar uzun müddətdir ki, davam edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!