Masazırda tatu mübahisəsi ölümlə bitdi

saytların hazırlanması

Evə çatdırılma

Masazırda tatu mübahisəsi ölümlə bitdi

Kriminal

13 Avqust 2026 08:50 241


Avqustun 12-də saat 22 radələrində Masazır qəsəbəsindəki Yeni Bakı Yaşayış Massivində 1993-cü il təvəllüdlü Sahil Nuriyevin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyevdir.

İddialara görə, qətlə yetirilən 33 yaşlı Sahil Nuriyevin qardaşı tatu ustasıdır. O, bir nəfərə tatu vurub. Lakin xidmətin ödənişi ilə bağlı tərəflər arasında mübahisə yaranıb. Pepperoni pizza

Sonradan mübahisəyə qoşulan Sahil Nuriyev kürəyindən bıçaqlanıb və ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!