Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Məhəmməd Nağıyev yaşadığı evin həyətindəki 30 metr dərinliyi olan su quyusuna düşərək boğulub. Online alış-veriş
Meyitin quyudan çıxarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız