“Avtomobillərdən yaranan səs-küyə qarşı ayrıca inzibati məsuliyyət müəyyən edilməlidir. Şəhərdə problem yalnız gecə saatlarında yaranan səs-küylə məhdudlaşmır. Gün ərzində də avtomobillərdən yüksək səslə musiqi səsləndirilməsi və zərurət olmadan səs siqnalından istifadə edilməsi şəhər mühitində ciddi səs-küy yaradır”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, səs siqnalı təhlükə barədə xəbərdarlıq etmək üçündür, əsəb və narazılıq ifadə etmək üçün deyil: Marqarita pizza
“Ona görə də hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsində ayrıca bəndlə:
günün bütün saatlarında avtomobildən normadan artıq səslə musiqi səsləndirilməsi;
zərurət olmadan və ya lüzumsuz olaraq səs siqnalından istifadə edilməsi inzibati xəta kimi müəyyən edilməli və buna görə konkret cərimə nəzərdə tutulmalıdır.
Gecə saatlarında isə mövcud 521-ci maddənin tələbləri ilə yanaşı, bu davranışlara nəzarət daha sərt həyata keçirilməlidir.
Səs siqnalı təhlükə barədə xəbərdarlıq etmək üçündür, əsəb və narazılıq ifadə etmək üçün deyil. Məqsəd sürücüləri cəzalandırmaq yox, şəhərdə sağlam və komfortlu səs mühiti yaratmaqdır”.
Nazim Hacıyev
Telegram kanalımız