Artıq bir neçə ildir ki, Azərbaycana idxal olunan ekoloji təmiz avtomobillərin, hibrid və elektron modellərin sayında artım müşahidə olunur.
Eyni zamanda bu növ avtomobillərə maraq göstərib sifariş edən vətəndaşların da sayı artıbr. Statistik məlumatlara əsasən, elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilə müqayisədə 5.8 dəfə və ya 338 ədəd artıb.
Faktı təsdiqləyən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, bu gün ölkədə elektrik və hibrid avtomobillərə tələbat əvvəlki illərə nisbətən qat-qat yüksəkdir. Dördpendirli pizza
Onun sözlərinə görə, bu gün maşın sürməyi bacaran insanların çoxu taksi xidmətinə yönəlir:
"Bu da hibrid avtomobillərə təlabatı artırır. Çünki bu avtomobillərin benzin sərfiyyatı çox aşağıdır.Tələbat artdıqca qiymət də artır. Son 3 ilin istehsalı olan elektrik və hibrid avtomobillərin idxalına ciddi güzəştlər tətbiq edilir. Amma bu avtomobillər çox bahadır. Buna baxmayaraqŞ onların idxalına maraq artıb".
N.Cəfərlinin sözlərinə görə, avtomobil bazarında may-iyun aylarında növbəti qiymət artımı dalğası ola bilər:
“Yay aylarında insanların avtomobil həvəsi və təlabatı artır. Ona görə də yaxın günlərdə qiymətlərdə enmələrin olacağını düşünmürəm. Bazarda durğunluq təqribən noyabr, dekabr və yanvar aylarında olur. Ola bilsin ki, ilin sonu və ya gələn ilin əvvələrində qiymət artımında müəyyən səngimələr, hətta ucuzlaşmalar gördük. Amma yaxın aylarda qiymətin ucuzlaşacağı ilə bağlı hansısa tendensiyanın olacağını düşünmürəm. Yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəyə gətirilməsinin məhdudlaşdırılması və digər məsələlər avtomobil bazarına təsir göstərir və qiymətin artmasına səbəb olur”.
Ekspert qeyd edib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, daha 3 il, yəni 2026-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib:
"Bu o deməkdir ki, 2020-ci ildən başlayaraq istehsal edilən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərinə görə ƏDV ödənilməyəcək:
“Hesab edirəm ki, istehsal tarixindəki 3 illik məhdudiyyət 5 ilə qaldırılmalıdır. Çünki yaşı 1 il və ya 10 il olan elektrik avtomobillərinin ekologiyaya vurduğu ziyan sıfıra bərabərdir. Ona görə də elektrik və hibrid avtomobillər ilə bağlı məhdudiyyətin 3 ildən 5 ilə qaldırılması ölkənin avtoparkının yenilənməsinə müsbət təsir göstərə bilər. Azərbaycanda avtomobillərin 80 faizə yaxını 10 yaş və daha yuxarıdır. Avtoparkı yeniləmək istəyiriksə, bəzi təşviq proqramlarının artırılmasına, o cümlədən gömrük rüsumları və vergi dərəcələrinə də baxılmasına ehtiyac var".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda hibrid avtomobillərə böyük maraq var.
“Ağıllı insanlar köhnə hibrid yox, yeni hibridlərə üstünlük verirlər. Çünki köhnə hibridlərin hansı ölkədən gətirildiyi, mənşəyi məlum deyil. Daha öncə istifadə edilən ölkələrdə onun başına nə işlər gəlib, suya düşüb, hansısa bir qəzadan çıxıb, bu problemlər əsasən, ölkəyə gələndən sonra üzə çıxır. Bunun da əziyyətini, xərcini bizim sürücülər çəkir. Hibrid avtomobillərin də elementləri bir az bahadır, fərqlidir. Ona görəd də hibrid avtomobil alarkən bunlara diqqət etmək lazımdır. Bu gün sürətli şəkildə insanlar arasında köhnə hibrid avtomobillərə keçid var. Bu da qiymətlə bağlı məsələdir. Sözügedən avtomobillərin yenisi bahadır. Ona görə də insanlar hibrid avtomobillərin işlənmişinə, ili biraz köhnə olana üstünlük verirlər. Çünki pulları ona çatır. Amma bu istiqamətdə müəyyən təbliğat, izahat işləri aparılsa, insanlar başa düşər ki, 10-12 min manata, 15 min manata almaqdansa və 1-2 ildən sonra onun üstünə bir o qədər də pul qoymaqdansa, imkan edib 30-35 minə onun bir az təzəsini almaq daha əlverişlidir. Qeyd edim ki, köhnə hibrid avtomobillər yol qəzalarının sayının artmasına səbəb olub”.
Ekspertin ddiyinə görə, inkişaf etmiş bəzi ölkələrdə yaxın 10-15 ildə tam elektromobillərə keçid proqramı var. Burada əsas məqamlardan biri də utilizasiya, yəni istismar müddətini başa vuran, texniki cəhətdən müasir tələblərə cavab verməyən avtomobillərin dövriyyədən çıxarılmasıdır:
“Bizdə də bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Ölkəyə elektromobillərin idxalı prosesinin asanlaşdırılması ilə yanaşı, utilizasiya məsələsi də sistemli şəkildə həyata keçirilməlidir. Bu zaman ölkənin avtomobil parkı daha yaxşı və təhlükəsiz olar”.
Telegram kanalımız