Məhbus mübadiləsi 10 nəfərə şamil olundu

saytların hazırlanması

Evə çatdırılma

Məhbus mübadiləsi 10 nəfərə şamil olundu

Dünya

28 Aprel 2026 17:08 125


Belarus-Polşa sərhədində genişmiqyaslı məhbus mübadiləsi həyata keçirilib.

“Yeni Sabah” BelTA-a istinadla xəbər verir ki, mübadilə “5-in 5-ə” formulu əsasında baş tutub və nəticədə ümumilikdə 10 nəfər azad edilib.

Həmin çərçivədə Belarus və Rusiya vətəndaşları, eləcə də bir sıra MDB ölkələrinin vətəndaşları sərbəst buraxılması əvəzində Avropa İttifaqı və digər ölkələrdə saxlanılan şəxslər geri qaytarılıb.

Moldova Prezidenti Maya Sandu qeyd edib ki, mübadilə nəticəsində Rusiya və Belarus tərəfinə Rusiya vətəndaşı Nina Popova və Moldovanın keçmiş xüsusi xidmət rəhbər müavini Aleksandr Balan da təhvil verilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) açıqlamasına görə, azad edilənlər arasında rusiyalı alim Aleksandr Butyagin və Rusiya sülhməramlı kontingentində xidmət edən hərbçinin xanımı da var. Həmin qadın 2025-ci ildə Kişinyov şəhərində saxlanılıb və rüşvət vermə ittihamı ilə məhkum olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!