Məktəbdən yayılan bu foto tənqidlərə səbəb oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdən yayılan bu foto tənqidlərə səbəb oldu - Video

Sosial

10 İyun 2023 11:01 27156


Ağstafa rayon Dağ Kəsəmən kənd Aqil Salıfov adına 2 nömrəli orta məktəbində maraqlı addım atılıb.

Xezerxeber.az-ın məlumatına görə, təhsil ocaqlarında şagirdlər təhsil və davranışlarında nümunəvi olduqları  və ya intizamsız olduqları üçün qiymətləndirilir.

Belə ki, məktəb rəhbərliyi onları yaşıl və narıncı kartlarla qiymətləndirir. pizza sifarişi

Şagirdlərin fotoları isə məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb.

“Təhsil ocağında  nizam-intizamı pozan şagirdlərə bu formada cəzanın tətbiq edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.”

Direktor bildirir ki, onlardan əlavə qərb bölgəsində daha 20 məktəbdə də artıq üç aydır bu cür addım atılır. Sözügedən məktəbdə isə kartların təsiri şagirdləri daha intizamlı olmağa sövq edib. Beləliklə məktəbdə  yaşıl kart almaq uğrunda mübarizə davam edir.

Cəzalandırılan şagirdlərin fotolarının "Facebook" sosial şəbəkəsində məktəbin rəsmi səhifəsində paylaşılmasını isə anlaşılmazlıq kimi qiymətləndirib.

Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi də məsələdən xəbərdardır.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva bildirib ki, məsələ nəzarətə götürülüb.

Təhsil ocağı isə uğurlu hesab etdikləri bu layihəni növbəti tədris ilində də davam etdirmək niyyətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!