Tanınmış  reper həmkarlarına meydan oxudu

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış reper həmkarlarına meydan oxudu

Şou

08 Noyabr 2024 13:55 1279


“Bu “battle” söhbətləri məni bezdirdi. Bircə onu deyim ki, Azərbaycanda ən güclü “battle rap” artist mənəm. Hamını, hər kəsi konkret didərəm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Rüzgar” ləqəbli məşhur reper Aydın Hüseynov “Taxi driver Azrap” verilişində deyib.

Aparıcının “Battle”a çıxmama səbəbi qonoraradır” sualına cavab olaraq "Rüzgar" bildirib: pizza

“Hətta mən bir-bir çıxmağa razı deyiləm və artıq deyirəm ki, sizin ikiniz, üçünüz bir mən tək. Mən onlara artıq “Kung-fu battle” göstərmək istəyirəm. “Battle”ın da qonararı məlumdur və mən bir daha buradan açıqlamaq istəmirəm. Elə bil alverdir və kartof filan satırıq. Siz artıq bu səviyyəni çox düşürmüsünüz”.

Qeyd edək ki, rep janrında “battle” 2 reper arasında, bir növ, deyişmə formasıdır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!