Lionel Messinin milli karyerasını başa vurmasından sonra ilk rəsmi matçına çıxan Argentina yığması Uruqvay seçməsi ilə keçirdiyi qarşılaşmada rəqibinə 1:2 hesabı ilə məğlub olub.
“Yeni Sabah” xəbər verir ki, ulduz hücumçunun yoxluğunda meydana çıxan "albiseleste" üçün matç çətin alınıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsində qol səsləri eşidilməsə də, oyunun taleyi ikinci 45 dəqiqədə həll olunub. Matçın 48-ci dəqiqəsində Leonardo Balerdinin avtoqolu ilə Uruqvay hesabı açıb – 0:1. Bu qoldan cəmi 5 dəqiqə sonra – 53-cü dəqiqədə Corxian de Arrascaetanın ötürməsini dəyərləndirən Maksimiliano Arauxo fərqi ikiyə çatdırıb – 0:2.
Geri dönməyə çalışan Argentina millisi 73-cü dəqiqədə qol vurmağa nail olub. Canluka Prestianminin ötürməsindən istifadə edən Xulian Alvares topu rəqib qapısından keçirərək hesabdakı fərqi azaldıb – 1:2. Matçın qalan dəqiqələrində hesabda dəyişiklik olmasa da, Marselo Bielsanın rəhbərlik etdiyi Uruqvay seçməsi səfərdən dəyərli 3 xalla ayrılıb. Məişət texnikası
Nazim Hacıyev
Telegram kanalımız