Andorra klubunun qapıçısı Xesus Ovono "CD Tenerife" ilə qarşılaşmada rəqib oyunçu Xesus de Migel ilə yaşadığı ağır toqquşmadan sonra aldığı qırmızı vərəqəyə görə cəzalandırılıb.
“Yeni Sabah” xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi hakimin qeydlərinə əsaslanaraq qapıçıya 12 oyunluq diskvalifikasiya tətbiq edib.
Hakim hesabatında Ovononun top uğrunda mübarizə zamanı ayağını təhlükəli şəkildə yüksəyə qaldıraraq rəqibinə həddindən artıq güclə müdaxilə etdiyi vurğulanıb. Komitə hadisənin ağırlığını və oyunçunun aldığı zədənin sonradan faciəvi nəticə doğurmasını nəzərə alaraq İntizam Məcəlləsinin 102-ci maddəsi üzrə nəzərdə tutulan ən sərt sanksiyanı seçib. Online alış-veriş
Xatırladaq ki, həmin qarşılaşmada baş verən sərt toqquşma nəticəsində ağır zədələnən Xesus de Migel ertəsi gün xəstəxanada vəfat etmişdi. Traqik hadisədən dərhal sonra matç yarımçıq dayandırılmışdı.
Nazim Hacıyev
Telegram kanalımız