Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2023-cü ildə ilk iclası keçirilib.
Yenisabah.az xəbər verir ki, əvvəlcə Mətbuat Şurasının 2022-ci ilin sentyabr ayından indiyədək gördüyü işlərə dair məlumat dinlənilib.
MŞ-yə daxil olmuş 15 şikayəti nəzərdən keçirib. Bu şikayətlərin 6-na Şuranın Şikayətlər üzrə Komissiyasında baxılıb. 3 müraciət aidiyyəti üzrə göndərilib. 6 şikayət üzrə Katiblik tərəfindən müvafiq tədbirlər görülüb. Bu tədbirlərə müraciət müəlliflərinin məlumatlandırılması, onlara cavab məktublarının ünvanlanması daxildir. Marqarita pizza
Bundan başqa hesabat müddətində 5 şəxsin şifahi şikayəti əsasında, yaydığı material etiraz doğurmuş media vasitələri ilə söhbətlər aparılıb. Bu söhbətlər ümumilikdə 55 media orqanını əhatə edib. Nəticədə yol verilmiş yanlışlıqlar media orqanları rəhbərlərinin diqqətinə çatdırılıb.
Telegram kanalımız