Metro ilə bağlı sevindirən xəbər -   Təmir başa çatır!

saytların hazırlanması

Evə çatdırılma

Metro ilə bağlı sevindirən xəbər - Təmir başa çatır!

Sosial

17 Sentyabr 2026 12:27 673


“Həzi Aslanov” stansiyasının dalanında aparılan əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Bu barədə "Yeni Sabah"a Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, təxminən 280 metrlik ərazini əhatə edən layihə üç mərhələdə həyata keçirilir. Hazırda layihənin son mərhələsi üzrə genişmiqyaslı yenilənmə işləri aparılır. pizza mizza

Bu mərhələdə izolyasiya və gücləndirmə, drenaj və kommunikasiya xətlərinin çəkilişi, elektrik təchizatı, rabitə, işarəvermə və videomüşahidə sistemlərinin quraşdırılması həyata keçirilir.

Həmçinin havalandırma, yanğın təhlükəsizliyi, su və kanalizasiya infrastrukturu yenilənir.

Layihə üzrə işlərin noyabr ayının sonunda tam başa çatdırılması nəzərdə tutulur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!