Meyvə tumlarını atmayın: Onlardan necə faydalanmaq olar?

saytların hazırlanması

Evə çatdırılma

Meyvə tumlarını atmayın: Onlardan necə faydalanmaq olar?

Maraqlı

14 İyun 2026 19:36 89


Yemiş, qarpız, şaftalı, alça, ərik və gilas kimi yay meyvələrinin tumlarını tullantıya çevirməyib gübrə (kompost) kimi dəyərləndirmək, yeməklərə qatmaq və ya torpağa əkmək mümkündür.

“Yeni Sabah”ın araşdırmasına əsasən çox meyvənin tumu insan sağlamlığında rol oynayır:

Ərik, şaftalı, alça və gilas tumları: Bu meyvələrin tumlarında həddindən artıq istehlak edildikdə təhlükəli olan və siyanürə çevrilən "amigdalin" maddəsi var. Riski azaltmaq üçün onları qurutmaq və ya bişirmək lazımdır. Ərik tumu zəngin protein və yağ mənbəyidir, mürəbbə və qənnadı məmulatlarında istifadə olunur. Şaftalı tumunun şirəsi qulaq ağrısına xeyirlidir. Gilas tumları isə istiliyi uzun müddət saxladığı üçün qurudularaq təbii "isti su torbası" (qrelka) kimi istifadə edilə bilər. Dördpendirli pizza

Qarpız tumu: Qan təzyiqini tənzimləyir, B vitamini və minerallarla zəngindir. Tumları bir gecə suda saxlayıb cücərtdikdən sonra qurudaraq salatlara əlavə etmək olar.

Yemiş tumu: Tərkibindəki maqnezium sayəsində ürək sağlamlığına və yuxu problemlərinə yaxşı təsir edir. Qurudulub şəkərlə əzildikdən sonra süzülərək "sübyə" adlı fərəhləndirici yay içkisi hazırlanır.

Üzüm tumu: Güclü antioksidantdır (C və E vitaminləri), qan dövranını yaxşılaşdırır və dərini gəncləşdirir. Üzüm tumu yağı yüksək temperaturda yemək bişirmək üçün idealdır. Meyvəni tumu ilə birlikdə smuzi (smoothie) hazırlayarkən də istifadə edə bilərsiniz.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!