Milli Məclis Azərbaycanla Türkiyə arasında daha bir sazişi təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis Azərbaycanla Türkiyə arasında daha bir sazişi təsdiqlədi

Sosial

23 Dekabr 2022 12:38 619


Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” sazişi təsdiqləyib.

Yensabah.az Report-a istinadla xəbər verir ki, 15 maddədən ibarət saziş 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb.

Sazişin məqsədi ölkələr arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığı inkişaf etdirmək və bitkiçilik məhsullarının ticarət və mübadiləsini asanlaşdırmaqdır. pizza

Sənədə uyğun olaraq, karantin nəzarətində olan materialların ixracı, idxalı və tranziti dövlətlərin qanunvericiliyi ilə müəyyən olunan qaydada sərhəd-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir, həmçinin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, idxalçı tərəf yoluxmanı aradan qaldırmaq, yoluxmuş malları zərərsizləşdirmək və ya ixrac edən tərəfə geri qaytarmaq üçün tədbirlər görür.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!