Milli Məclisdə deputatlar təhsil sahəsini sərt tənqid etdilər

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdə deputatlar təhsil sahəsini sərt tənqid etdilər

Sosial

28 Aprel 2023 11:08 671


“Bu gün təhsil sahəsində ciddi problemlər var. Elm və Təhsil Nazirliyi ümumi və ali təhsilin idarə olunmasında öz funksiyasını tam yerinə yetirə bilmir”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin aprelin 28-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, təhsil sahəsindəki proseslər çox ləng gedir: “Elmlə bağlı faktiki ciddi iş görülmür, bunu da qanunvericiliklə əsaslandırırlar. Ali təhsilin keyfiyyətində də ciddi probemlər var. Diplomu veririk, bir müddətdən sonra da deyirik ki, sizin diplomunuza güvənmirik və onları sertfikasiya edərək biliklərini yenidən yoxlayırıq”. pizza mizza

Deputat Etibar Əliyev çıxışında ali təhsil müəssisələrində dərsliklərin çatışmadığını və nəşrlərin tərcüməsi üçün vəsait ayrılmadığına diqqət çəkib: “Yeni peşələrin atlası hazırlanmalıdır. Kosmetik dəyişikliklərlə hansı mütəxəssisləri hazırlaya bilərik?! Bu gün əmək bazarının tələblərinə uyğun olan kadr hazırlanmasında problemlər var”.

Komitə sədri Bəxtiyar Əliyev deputatın dərsliklərlə bağlı fikirlərinə cavab olaraq bildirib ki, Azərbaycan Dövlət İqtisad Universiteti dərslik müəlliflərinə pul ayırır və lazımi dərsliklər pulsuz çap olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!