Milli Məclis Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiq edib.
"Yeni Sabah" xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib. pizza mizza
Telegram kanalımız