Mina partlayışında xəsarət alan şəxsin SON DURUMU

saytların hazırlanması

Evə çatdırılma

Mina partlayışında xəsarət alan şəxsin SON DURUMU

Sosial

02 Avqust 2026 18:04 93


Xocavənd rayonunda baş verən mina partlayışı nəticəsində yaralanan şəxsin son vəziyyəti açıqlanıb.

''Yeni Sabah'' xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

Verilən məlumata görə, Xocavənd rayonu ərazisində baş verən partlayış nəticəsində xəsarət alan 1985-ci il təvəllüdlü kişi avqustun 2-də saat 09 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dominos pizza

Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpə yaraları, həmçinin sol budun aşağı üçdəbir hissəsinin qəlpə yarası diaqnozları qoyulub.

Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslaşdırılmış tibbi xidmətin davam etdirilməsi məqsədilə Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!