Minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi vətənə qayıdıb.
"Yeni Sabah" xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlər, ictimaiyyət nümayəndələri və azarkeşlər qarşılayıblar.
Xatırladaq ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib. "Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib. Marqarita pizza
Beləliklə, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğu olub. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.
Telegram kanalımız