MİQ üzrə elektron sənəd qəbulu başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

MİQ üzrə elektron sənəd qəbulu başa çatdı

Sosial

30 May 2023 11:32 794


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Elektron sənəd qəbulu mərhələsi 22-30 may tarixlərini əhatə edib. Bu müddət ərzində namizədlərə miq.edu.az saytına daxil olaraq müsabiqədə iştirak etmək üçün müraciət imkanı verilib. Hazırda qeydiyyatını tamamlayaraq təsdiq etmiş namizədlərin elektron ərizələrinin emalı prosesinə start verilib. Pepperoni pizza

Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, ötən illərdə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!