Mirzə Fətəli ədəbi oğrudur? - İsfahanlı Hacıbaba və qarabağlı Hatəmxan ağa...

saytların hazırlanması

Evə çatdırılma

Mirzə Fətəli ədəbi oğrudur? - İsfahanlı Hacıbaba və qarabağlı Hatəmxan ağa...

Mədəniyyət

27 Sentyabr 2026 12:14 136


Mirzə Fətəli Axundzadənin ədəbi oğru ola biləcəyi kimin ağlından keçə bilər ki?

“Yeni Sabah” xəbər verir ki, onun “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” əsərindəki bir dialoq orta məktəb illərindən bir çox azərbaycanlıya məlumdur. Amma təkəm-seyrək oxucu bilir ki, onun bu əsərindəki bir dialoq başqa bir əsərdə də təxminən eyni ilə təkrarlanıb.

Söhbət uzaq Fransadan Qarabağ elinə gəlmiş səyyahın Şahbaz bəyi Avropaya aparmaq məsələsindən gedir. Toyuqlu pizza

Əsərdə cərəyan edən hadisələrdən məlumdur ki, gənc zadəganın təhsil naminə səfər niyyəti əmisinin ailəsində heç də xoş qarşılanmır. Hatəmxan ağanı dilə tutan cütülüyün – Şahbaz bəy və müsyö Jordanın dialoqunu yada salmanın əsl məqamıdır:

Şahbaz bəy. Əmi, qanmıram ki, siz necə Paris əhlinin adət və xəvassından xəbərdarsınız?

Hatəmxan ağa. Bu saatda mən sənə qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Paris əhlindədir. Məsələn, biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz başımızı qırxırıq, onlar başlarına tük qoyarlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanırıq, onlar heç zada inan­mazlar; bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas.

Maraqlı budur ki, oxşar dialoqa başqa bir müəllifin əsərində də rast gəlinir. Konkret desək, ingilis səyyah, diplomat və yazıçı "İsfahanlı Hacıbabanın macəraları" romanında:

"Mirza Həkim əcnəbilərin davranışlarının bizim davranışlarımıza zidd olduğunu söylədi: "Onlar başlarını qırxıb saqqal uzatmaq əvəzinə, saqqallarını qırxır və saçlarını uzadırlar; onlar taxta üzərində oturur, biz isə yerdə otururuq; onlar bıçaq və çəngəllə yemək yeyir, amma biz əllə yeyirik; onlar daim hərəkətdədirlər, amma biz həmişə sakitik; onlar dar paltar geyinir, amma biz geniş paltar geyinirik; onlar namaz qılmır, biz gündə beş dəfə namaz qılırıq; onlarda qadınların haqqı var, bizdə kişilərin; onların qadınları atın belində yanpörtü oturur, bizdə qadınlar düz; onlar tualetdə ayaq üstə durur, biz ayaqyolunda otururuq; onlar şərabı halal hesab edir və az içirlər, amma biz onu haram hesab edir və çox içirik. Amma qəti olan odur ki, əcnəbilər Yer üzündəki ən murdar və çirkli məxluqlardır, çünki onlar hər şeyi halal hesab edir və hər cür heyvanı, hətta donuzları, tısbağaları və qurbağaları yeyirlər".

Ceyms Moriyer "İsfahanlı Hacıbabanın macərəları" həcv romanını 1824-də Londonda nəşr edib. Axundzadə "Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni-məşhur"u 1950-də yazıb və 1 il sonra rus dilində nəşr edib.

Belə çıxır ki, Mirzə Fətəli ədəbi oğrudur?

Əziz Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!