“Mobil operatorlar mitinq iştirakçılarının siyahısını hazırlayıb”

“Mobil operatorlar mitinq iştirakçılarının siyahısını hazırlayıb”

Siyasət

28 Yanvar 2019 00:58 839


“Sosial şəbəkələrdə 19 yanvar mitinqinin iştirakçıları ilə polislər, yerli icra hakimiyyətlərinin, hətta Mənzil İstismar İdarələrinin nümayəndələri arasında danışıqlar yayılır. Hesab edirəm ki, bu işdə mobil telefon operatorlarının hakimiyyətlə əlbir və qanunsuz fəaliyyəti ictimai qınağa tuş gəlməlidir”. 

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib. O deyib ki, iddia etmir ki, danışqıları mobil operatorlar yayıb, əksinə şübhəsi yoxdur ki, mitinq iştirakçılarının müəyyənləşməsinə onlar kömək edib: “20 mindən artıq iştirakçının kordinatlarının aşkarlanması başqa cür mümkün deyil. Belə ki, mobil telefon operatorları onun xidmətindən istifadə edən hər kəsin hərəkət trayektoriyasını izləyə və yerini müəyyənləşdirə bilir. Odur ki, onlar mitinq günü həmin saatlarda Məhsul stadionunda olanların telefon nömrələrini qeydə alır və sonradan da nömrə sahiblərinin ad və soyadlarını qeydiyyatda düşdüyü ünvanla birlikdə müvafiq orqanlara çatdırırlar”. 

Q. İbadoğlu deyib ki, bu fəaliyyət həmin şirkətlərin birmənalı şəkildə müştərisi olan vətəndaş əleyhinə siyasətə qoşulmasıdır və eyni zamanda fərdi informasiyaların məhkəmə qərarı olmadan paylaşması ilə qanunları pozmasıdır: “Hakimiyyətin qanunsuz əməllərinə şərik olan belə şirkətlər ilk növbədə mitinq təşkilatçıları tərəfindən məhkəməyə verilməlidir. Hesab edirəm ki, bundan öncə informasiya hüququ ilə məşğul olan müstəqil hüquqşünaslar bu məsələyə hüquqi rəyini açıqlamaldırlar. Bu əməl ictimaiyyət tərəfindən qınanmalı, ağıllı telefonlardan istifadə edən istehlakçılar onların xidmətlərindən istifadəni müxtəlif vasitələrlə (Facebook, WhatsApp, Signal, Face Time və digər vasitələrlə danışıqlara üstünlük verlməklə) məhdudlaşdırılmaldır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!