“Moskva” kreyserini Ukrayna vurub   - Pentaqon

saytların hazırlanması

Evə çatdırılma

“Moskva” kreyserini Ukrayna vurub - Pentaqon

Dünya

15 Aprel 2022 23:59 1824


Qara dənizdə batan Rusiyanın "Moskva" raket kreyseri Ukrayna tərəfindən vurulub.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək vəzifəli rəsmisi bildirib.

Adı açıqlanmayan şəxs qeyd edib ki, gəmi "Neptun" raketlərinin zərbələri nəticəsində batıb. Məlumata görə, "Moskva" raket kreyseri Oddessadan 60-65 dəniz mili cənubunda vurulub. pizza mizza

Qeyd edək ki, Rusiyanın Qara dənizdəki "Moskva" raket kreyseri iki gün öncə vurulub. Ukrayna tərəfi kreyseri özünün istehsal etdiyi "Neptun" raketləri ilə vurduğunu bildirib. Bir çox ekspertlər isə “Moskva”nın Böyük Britaniyanın Kiyevə verdiyi "Harpoon" raketləri ilə məhv edildiyini deyirlər.

Kreml hələ ki gəminin vurulduğunu etiraf etmir. Rusiya Müdafiə Nazirliyi kreyserin “səbəbi araşdırılan yanğın" səbəbindən döyüş sursatının detonasiya etməsi nəticəsində ciddi xəsarətlər aldığını və sahilə çəkilərkən batdığını iddia edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!