“Moskvadan gələn məktubu gizlətmişdi, dövlətin pullarını qohumlarına...”

“Moskvadan gələn məktubu gizlətmişdi, dövlətin pullarını qohumlarına...”

Sosial

25 Yanvar 2023 08:00 10188


“Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri olmağa layiq deyil. Qətiyyən ora yaramır. Rəhmətlik Rüstəm İbrahimbəyovdan sonra bizdə kinematoqrafçıların ittifaqı “ölüb”. Ələxsus da Şəfiqənin ittifaqı! Şəfiqənin bu ittifaqda nə işi var? Bilən varsa desin! Bilirsiniz ki, mən Özbəkistanda 17 seriyalı filmə çəkilmişəm. Özbəkistanın dahi sənətkarı Şöhrət Abbasovun Moskvada yubileyi olanda bizim Kinematoqrafçılar İttifaqına teleqram vurub, məni də dəvət ediblər. Şəfiqə Məmmədova Moskvadan gələn teleqramı mənə verməmişdi, gizlətmişdi. Niyə görə? Çünki mən getsəydim xərcimi kinoittifaq çəkməli idi. Bunun ucbatından belə işlər tutub”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Tariyel Qasımov deyib. 

“Şəfiqə ilə heç görüşmək fikrim də yoxdur, onu heç qəbul da etmirəm. Hansı yaxşı əməlinə, işinə görə onu sədr seçiblər?! 1-2 filmdə çəkilib deyə, ittifaqa sədrlik etməlidir?! Əsl sədrlik Şeyx Əbdül, Rasim Balayevə yaraşır. Mən Azərbaycan Kinematoqrafçılar İttifaqının yox, SSRİ Kinematoqrafçılar İttifaqının üzvüyəm. Bunu da Rüstəm İbrahimbəyov etmişdi. Ona görə də gedib Almaniyada kinoya çəkildim.

Şəfiqə Məmmədova hələ o vaxt sədr seçiləndə Şeyx Əbdül demişdi ki, o layiq deyil. O vaxt Əbdülü heç kim dinləmədi. Dövlət Kinematoqrafçılar İttifaqına küllü miqdarda pul ayırır, Şəfiqə də ya özünə, ya da qohumlarına xərcləyir. Heç bir üzvə 10 manat da pul vermir. Amma mən o vaxt SSRİ Kinematoqrafçılar İttifaqına üzv olanda mənə maşın da vermişdilər, istirahətə də göndərmişdilər. Kinematoqrafiya bu deməkdir. O illərdə Aztv-də canlı yayımda çıxış edəndə kinoittifaqa üzvlük vəsiqəmi cırıb tulladım. Dedim ki, mən artıq ittifaqa üzv deyiləm. Şəfiqə bunu gördü, bir kəlmə də demədi. Mən də onun üzünə vurmadım, qadındır, kişi olsaydı onunla başqa cür danışardım” deyə sənətkar danışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!