Müasir idarəetmədə peşəkarlıq filtri: Azərbaycanda dövlət qulluğuna qəbulun hüquqi mexanizmləri

saytların hazırlanması

Evə çatdırılma

Müasir idarəetmədə peşəkarlıq filtri: Azərbaycanda dövlət qulluğuna qəbulun hüquqi mexanizmləri

Siyasət

23 İyun 2026 08:53 1163


“Azərbaycanın müasir dövlət qulluğu sistemi, dövlət müstəqilliyinin bərpasından sonra formalaşmağa başlayıb. Yəni o vaxta qədər dövlət qulluğu sistemi olmayıb. Ümumiyyətlə, Sovet dövründə də dövlət qulluğu, elə ayrıca belə dövlət qulluğu sistemi kimi formalaşmamışdı. Və bu günə qədər də Azərbaycan dövlət qulluğu sistemi bir neçə mühüm inkişaf mərhələsindən keçib”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. O bildirib ki, Dövlət qulluğu sisteminin yaradılması və formalaşdırılması bir neçə mərhələni əhatə edir:

“Birinci mərhələdə əsas vəzifələr müstəqil dövlət institutlarının yaradılması, dövlət idarəçiliyinin hüquqi əsaslarının formalaşdırılması idi. 95-ci ildə qəbul olunmuş Konstitusiya müasir dövlət idarəçiliyinin, qanunun aliliyi və peşəkar dövlət qulluğu sisteminin əsas hüquqi bazasını yaratdı. İkinci mərhələdə dövlət qulluğunun hüquqi və institusional əsasları möhkəmləndirildi. 2000-ci ildə qəbul edilmiş "Dövlət qulluğu haqqında" Qanun bu sahədə peşəkarlıq, qanunçuluq, siyasi neytrallıq, bərabər imkanlar və vətəndaşlara xidmət prinsiplərini müəyyən etdi. Dövlət qulluğuna qəbulun müsabiqə və şəffaf prosedurlar əsasında həyata keçirilməsi bu dövrün mühüm nailiyyətlərindən oldu. Bu dövrdə, xüsusilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Və üçüncü mərhələ, əslində, dövlət qulluğunda meritokratiya və şəffaflığın gücləndirilməsi istiqamətində ciddi addımlarla yadda qaldı. Mən bu dövrdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyətini xüsusi qiymətləndirərdim. Demək olar ki, dövlət qulluğuna qəbulun vahid qaydaları formalaşdırıldı, test imtahanlarının tətbiqi, yəni obyektiv seçim mexanizmləri yaradıldı. Peşəkarlığın əsas meyar kimi qəbul olunması dövlət idarəçiliyinin yeni yanaşmanın formalaşmasına imkan verdi. Və bu dövrdə, dövlət qulluğu — çox az saylı institutlardan, Dövlət Qulluğu Komissiyası çox az saylı dövlət qulluğu məsələləri üzrə komissiya, o az saylı institutlardan biri oldu ki, bu, tamam belə deyək, şəffaf formada fəaliyyət göstərirdi. Tam burda korrupsiya sövdələşmələrinin mümkün, mümkünsüzlüyü olan bir mühit yaradıldı və bir sistem yaradıldı. Və dövlət qulluğuna bu dövrdə çox əhəmiyyətli, belə deyək ki, o işə qəbul prosesində tam olaraq şəffaflıq təmin olundu və korrupsiya sıfıra endirildi. Bax, bunu xüsusi qeyd etmək lazımdır”. Marqarita pizza

Hüquqşünas əlavə edib ki, dövlət qulluğu siyasətinin formalaşdırılmasının əlaqələndirilməsi baxımından Dövlət Qulluğu Məsələləri üzrə Şuranın və onun katibliyinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır:

“Hazırkı mərhələdə isə diqqət daha çox insan resurslarının müasir idarə edilməsinə, rəqəmsallaşmaya, peşəkar inkişaf mexanizmlərinə və nəticəyönümlü fəaliyyətə yönəlib. Son illərdə Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul prosesinin daha da təkmilləşdirilməsində mühüm rol oynayır. Bilirsiniz ki, sonradan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət İmtahan Mərkəzinə birləşdirildi. Doğrudur, mən şəxsən bu birləşdirmənin, belə deyək ki, tərəfdarı deyiləm. Çünki Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın həll etdiyi məsələlərlə Dövlət İmtahan Mərkəzinin həll etdiyi məsələlər fərqli məsələlərdir. Dövlət İmtahan Mərkəzi məsələnin texnoloji tərəfdən şəffaf keçirilməsi üçün çox mühüm bir strukturdur. Amma dövlət qulluğu məsələləri təkcə imtahan prosesinin həyata keçirilməsi yox, doğrusu, orda həm də dövlət qulluğu siyasətinin müəyyənləşdirilməsi məsələsi vardır. Ona görə, tamam fərqli, amma neysə, bu birləşdirildi. Amma, son illərdə Dövlət İmtahan Mərkəzi dövlət qulluğunun qəbul prosesinin daha da təkmilləşdirilməsində mühüm rol oynayır, bu proses davam edir. Elektron xidmətlərin genişləndirilməsi, imtahan mexanizmlərinin təkmilləşdirilməsi və şəffaflığın gücləndirilməsi dövlət qulluğuna qəbul sistemi, eyni zamanda, ictimai etimadın artmasında mühüm rol oynamışdı. Eyni zamanda, dövlət qulluğu siyasətinin formalaşdırılmasının əlaqələndirilməsi baxımından Dövlət Qulluğu Məsələləri üzrə Şuranın və onun katibliyinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Son illərdə dövlət qulluğu sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, insan resurslarının idarə olunmasına müasir yanaşmaların təşviqi, dövlət orqanları arasında koordinasiyanın gücləndirilməsi istiqamətində görülən işlər bu sahənin inkişafına mühüm töhfə qeyd etmək olar. Hesab edirəm ki, bax, bu gün gəldiyim nəticə ondan ibarətdir ki — eyni zamanda, dövlət qulluğunda iştirak, müsabiqə komissiyasında da iştirak edən şəxslərdən biri kimi qeyd etmək istərdim ki — dövlət qulluğunda qəbul prosesi tam korrupsiyasız bir qəbul prosesidir. Ən azı, həm test, həm də müsabiqə (müsahibə) mərhələsi burda hər hansı sövdələşmələrin olması mümkün deyil. Yəni, bir sistem olaraq, sistem özü bunu qəbul etmir. Sistem korrupsiya sövdələşmələrinin yaranmasına imkan vermir, onu rədd edir ümumiyyətlə. Və hesab edirəm ki, bu gün Azərbaycan dövlət qulluğu sistemi açıq formalaşma mərhələsini geridə qoymuşdur. Bu gün əsas məsələ yeni institutlar yaratmaq deyil, mövcud sistemin keyfiyyətini, çevikliyini və effektivliyini daha da artırmaqdır”.

Ə.Nuryev sonda vurğulayıb ki, dövlət qulluğuna qəbulun müsabiqə əsasında həyata keçirilməsi dövlət idarəçiliyinin ədalət, şəffaflıq və meritokratiya prinsiplərinin möhkəmlənməsinə xidmət edir:

“Dövlət qulluğu imtahanları yalnız vəzifəyə qəbul vasitəsi deyil, bu mexanizm dövlət idarəçiliyində vahid peşəkarlıq standartlarının formalaşdırılmasına xidmət edir. Bu gün dövlət qurumlarında, publik hüquqi şəxslərdə, dövlət müəssisələrində, digər sektorlarda kifayət qədər təcrübəli, peşəkar kadrlar fəaliyyət göstərir. Onların dövlət qulluğu imtahanlarında iştirakı həm karyera inkişafı, həm də dövlət idarəçiliyinə yeni bilik və təcrübələrin cəlb olunması baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən, dövlət qulluğuna qəbulun müsabiqə əsasında həyata keçirilməsi dövlət idarəçiliyinin ədalət, şəffaflıq və meritokratiya prinsiplərinin möhkəmlənməsinə xidmət edir. Vəzifəyə təyinat zamanı şəxsi münasibətlər deyil, bilik, bacarıq, peşəkar hazırlığın əsas meyar kimi, kimi çıxış etməsi müasir dövlət idarəçiliyinin vacib tələblərindəndir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüququ, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” istiqaməti üzrə hazırlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!