General Natiq Əliyevin qızı Türkər Əliyeva bu yaxınlarda işdən azad edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovu və idarənin əməkdaşı Orxan Əlizadəni məhkəməyə verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Unikal.az-a onun vəkili Məhərrəm Hacıyev məlumat verib.
Vəkilin sözlərinə görə, Türkər Əliyeva Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində olan zaman keçmiş rəis və əməkdaş tərəfindən ona qarşı qanunsuzluq və təhqirlər edilib. Sezar pizza
Bu səbəbdən hər iki şəxs Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə verilib.
Xatırladaq ki, bir neçə gün öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimov tutduğu vəzifədən azad edilib.
Eyni zamanda, məlumata görə, keçmiş idarə rəisi də general Natiq Əliyevin qızı Türkər Əliyevanı xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə verib.
Telegram kanalımız