Yaxın günlərdə güclü istilər gözlənilir -   Sentyabr üçün ŞOK PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Yaxın günlərdə güclü istilər gözlənilir - Sentyabr üçün ŞOK PROQNOZ

Sosial

31 Avqust 2026 11:37 243


Sentyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan 1-3 dərəcə yüksək olacağı gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal edilir.

Sentyabr yay və payız fəsilləri arasında keçid ayı olduğundan, ay ərzində həm isti, həm də sərin hava şəraiti üçün xarakterik sinoptik proseslərin müşahidə olunacağı bildirilir. pizza

Birinci ongünlüyün ilk günlərində əsasən dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 21-23°C isti olacağı proqnozlaşdırılır. Bu göstərici iqlim normasına yaxın və 1°C yüksəkdir. Gecələr 19-24°C, gündüzlər 26-31°C, birinci ongünlüyün bəzi günlərində isə 33-35°C isti olacağı gözlənilir.

Naxçıvan şəhəri və ətraf rayonlarda orta aylıq temperatur 22-25°C isti olacaq. Gecələr 17-22°C, gündüzlər 26-31°C, bəzi günlərdə isə 34-39°C isti hava gözlənilir.

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən və Gədəbəydə orta aylıq temperaturun 16-19°C isti olacağı bildirilir. Gündüzlər temperatur 19-24°C, bəzi günlərdə 26-30°C olacaq.

Şərqi Zəngəzur rayonlarında orta aylıq temperaturun 17-20°C isti olacağı, gündüzlər 19-24°C, bəzi günlərdə isə 26-30°C-yə yüksələcəyi gözlənilir.

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər və Füzulidə orta aylıq temperatur 21-24°C isti olacaq. Birinci ongünlüyün bəzi günlərində temperaturun 33-35°C-yə çatacağı proqnozlaşdırılır.

Şimal və şimal-qərb rayonlarında orta aylıq temperaturun 19-23°C isti olacağı, bəzi ərazilərdə temperaturun normadan 1-3°C yüksək olacağı gözlənilir. Gündüzlər 22-27°C, bəzi günlərdə 30-33°C isti hava müşahidə edilə bilər. Dağlıq ərazilərdə isə gecələr 9-14°C, gündüzlər 16-19°C isti olacaq.

Aran rayonlarında orta aylıq temperaturun 22-25°C isti olacağı gözlənilir. Gündüzlər temperatur 24-29°C, birinci ongünlüyün bəzi günlərində isə 31-35°C olacaq.

Lənkəran-Astara və cənub rayonlarında orta aylıq temperatur 19-23°C isti təşkil edəcək. Gündüzlər 24-29°C, birinci ongünlüyün bəzi günlərində isə 33°C-dək isti hava gözlənilir. Dağlıq ərazilərdə temperatur gecələr 13-18°C, gündüzlər 20-25°C olacaq.

Ümumilikdə, sentyabr ayında ölkə üzrə yağıntıların əsasən iqlim normasına yaxın olacağı, bəzi şimal rayonlarında isə normadan bir qədər çox yağıntı düşə biləcəyi bildirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!