Müəllimlərin   NƏZƏRİNƏ - AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin NƏZƏRİNƏ - AÇIQLANDI

Sosial

18 Avqust 2026 18:49 32


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, avqustun 12-15-də keçirilən vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər. Marqarita pizza

Qeyd olunub ki, vakansiya seçimində uğur qazana bilməyən və ya seçimdə iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Müsahibə mərhələsinin keçirilməsi ilə bağlı məlumatın əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!